Milli Məclisdə gərgin anlar: Sizə sonuncu dəfə bildirirəm
15-02-2022, 16:27
Oxunub: 10 384
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dini etiqad haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı və parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli arasında mübahisə yaranıb.
Deputat M.İbrahimqızı çıxışında Azərbaycanda din xadimlərinin geyim formasının dəyişdirilməsini təklif edib, o, bütövlükdə mollaları qara geyimdə görmək istəmədiyini deyib.
Qeyd edək ki, parlamentin bundan öncəki iclasında M. İbrahimqızı qadın mollaların savadsızlığı, cəhaləti məsələsini qabardaraq, bu məsələlərin qanunla tənzimlənməsini təklif etmişdi. F. İbrahimli isə bu gün çıxışında deputatın ötən iclasdakı təklifini xatırladaraq demişdi ki, yer üzündə elə ölkə yoxdur ki, cəhalətə qarşı qanun qəbul olunsun və orada cəhalətin kökü kəsilsin?
M.İbrahimqızı isə bu gün F.İbrahimliyə cavabında bildirib ki, bütün sahələrdə belə hallar var: "Biz bu gün cəmiyyətdə gördüyümüz neqativləri deməliyik. Heç kəs də sizə səlahiyyət verməyib ki, yetənə daş atasınız, yetməyənə də güllə atasınız. Mən parlamentə dünən gəlməmişəm. Mənə 5 dəfə etimad göstərilib. İnsanlar nə etsin?! Mollanı dəvət edir. Fəzail müəllim, bu, sizə yaraşmaz. Siz məni nümunə çəkməməlisiniz. Sonuncu dəfə sizə bildirirəm”.
Fəzail İbrahimli öz növbəsində qeyd edib ki, Məlahət İbrahimqızının heysiyyatına toxunan nəsə deyibsə, üzr istəyir:
"Mən burada sizin sualınızı gündəmə gətirdim. Mən burada cəhalətlə bağlı fikirlərimi bölüşdüm. Mən çox mat qaldım. Onu deyim ki, siz bu ideyanı Hacı Salmandan alırsınız”. /// report.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər