BolgeXeber.Com » Siyasət » Qəza törədən Nəcməddin Sadıkov cərimələndi

Qəza törədən Nəcməddin Sadıkov cərimələndi

16-02-2022, 16:25
Oxunub: 2 400 Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkovun qəzaya düşməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib. 

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, "Toyota Land Cruiser” markalı, 90-AS-020 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 07.01.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi qeydə alınıb:

"Təqsirli bilinən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğluna İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq, protokol tərtib olunub. Hadisə sənədləşdirilib. Qarşı tərəfə dəyən ziyan ödənilib”.

Qeyd edək ki, bu gün bəzi saytlarda N.Sadıkovun şəhər ərazisində qəza törətməsi barədə məlumat yayılıb.