BolgeXeber.Com » Siyasət » Moskva Bəyannaməsinin imzalanması bununla bağlı aparılmış uzun müddətli prosesin əldə edilmiş uğurlu nəticəsidir

Moskva Bəyannaməsinin imzalanması bununla bağlı aparılmış uzun müddətli prosesin əldə edilmiş uğurlu nəticəsidir

18-02-2022, 17:08
Oxunub: 2 184 Hər bir Qələbənin, uğurun kökündə, əsasında uzun müddətli gərgin zəhmət durur. Öz ürəyinin istəyini reallaşdırmaq şəxsən özünlə bağlı olduqda daha asan olur. Başqa kimlərləsə münasibət üzərində qurularaq atılacaq addımlar, görüləcək işlər daha çətin və daha çox vaxt tələb edir. Çünki qarşındakı insanı da öz istəklərinə razı salıb birgə addımlamağı bacarmaq şəxsi həyatda münasibətlərin qurulması və davamlı olması və s. tələb edir. Dövlətlər və dövlətlərarası münasibətlər də belədir və ən çətini olduğunu hər birimiz yaxşı dərk edirik. Bu gün dövlətimiz öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür. Azərbaycan beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisatı olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. Ölkə Prezidenti cənab İlham Əliyev 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq demişdi: “Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”. Bugün Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi heç bir bloka qoşulmur və qonşuları ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirir. Dövlətimizin artan beynəlxalq nüfuzu ölkəmizin inkişaf perspektivlərini müəyyən edir. Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına və onların inkişafına şərait yaradıb.
“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” Vətən müharibəsində qazanılan şanlı Qələbəmizdən sonra qonşu dövlətlərlə, xüsusilə Rusiya kimi dünyanın nəhəng dövləti və güc sahibi ilə qurulmuş münasibətlərin daha da yaxşılaşdırılması üçün böyük uğurdur. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir. Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir.
Moskva Bəyannaməsində təsbit olunan 43 maddənin hər birini diqqətlə oxuyub təhlil etdikdə görürük ki, bu Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən cox böyük əhəmiyyətə malik sənəddir və bu sənəddə xalqımızın bütün maraqları nəzərdə tutulub. Bu sənədlə Azərbaycan öz müstəqil siyasətinə, ərazi bütövlüyünə, müstəqilliyinin möhkəmləndirilməsinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır və gələcəyini daha
yüksək təminat altına alır. Bu Bəyannamə hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi üçün bu cür sənədlərin əhəmiyyəti ölçüyəgəlməzdir və Türkiyə və Rusiya ilə müttəfiq olmaq, habelə yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi yüksək peşəkar diplomatiya, habelə siyasi iradə, güc və müvafiq bacarıqların təzahürüdür. Məhz buna görə də xalqımız öz rəhbərinə inanır və onu dəstəkləyir.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya