Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durum AÇIQLADI
2-03-2022, 10:20
Oxunub: 3 752
"Ukrayna xalqının Rusiya işğalına qarşı qəhrəmancasına müqavimətinin yeddinci günü davam edir”.
Bu barədə açıqlama Ukrayna Müdafiə Nazirliyinin facebook səhifəsində yer alıb.
"Ciddi sayda canlı qüvvə və texnika itkisinə baxmayaraq, düşmən Kiyevə hücumu davam etdirir. İşğalçıların qarşısı Kozelets, Bobrovitsa və Makiyev ərazilərində alındı. Svitilnya, Peremoha və Hostroluçça yaşayış məntəqələrində isə düşmən hücum imkanlarını itirdi. Düşmən Sumı, Lebedin, Oxtırkada uğursuz cəhdlər edir. Boxoduxiv, Çuqiv, Şevçenkove ərazilərində işğalçıların qarşısı alınıb. Donetsk istiqamətində uğur qazana bilməyən təcavüzkar Mariupol şəhərini mühasirəyə almağa başlayıb. Düşmən Skadovsk, Qola Pristan, Xerson, Snihurivka, Nova Kaxovka yaşayış məntəqələri istiqamətində hücum əməliyyatlarını davam etdirir. Düşmən, həmçinin dəniz desant əməliyyatı üçün hazırlıqlarını davam etdirir. Uğur qazana bilməyən düşmən mülki əhalini qorxutmaq üçün mühüm infrastruktur obyektlərinə raket endirməkdə davam edir. Qoşunlarımızın davamlı müdafiəsi sayəsində düşmənin ruh yüksəkliyi və əzmi sürətlə aşağı düşür. İşğalçıların bütün istiqamətlərdə itkiləri var”, - məlumatda bildirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər