Zelenski: “Ukrayna Silahlı Qüvvələri sağ qalmağımızın yeganə təminatıdır”
30-03-2022, 10:02
Oxunub: 5 032
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə danışıqlar prosesini şərh edib.
O, bu barədə videomüraciətində danışıb.
“Ukraynanın müdafiəsi indi bir nömrəli vəzifədir və qalan hər şey bundan törəmədir. Mən Rusiya Federasiyasının nümayəndələri ilə müxtəlif səviyyələrdə davam edən danışıqlar prosesi ilə bağlı hesabatları məhz bu əsasda nəzərdən keçirirəm. Düşmən hələ də ərazimizdədir. Şəhərlərimizin atəşə tutulması davam edir. Mariupol blokadadadır. Raket və hava zərbələri dayanmır. Bu reallıqdır. Bunlar faktlardır. Ona görə də Ukrayna Silahlı Qüvvələri, kəşfiyyatımız, müdafiəmizə qoşulan hər kəs xalq olaraq, dövlət olaraq bu gün yaşamağımızın yeganə təminatıdır”, -deyə prezident qeyd edib.
O vurğulayıb ki, danışıqlar platformasından gələn siqnalları müsbət adlandırmaq olar. Lakin bu siqnallar Rusiya mərmilərinin partlayış səslərini boğa bilməz.
“Ukrayna danışıqlara hazırdır və danışıqlar prosesini davam etdirəcək. Biz nəticəyə ümid edirik. Bizim üçün, dövlətimiz üçün, suverenlik, xalqımız üçün real təhlükəsizlik olmalıdır. Rusiya qoşunları işğal olunmuş əraziləri tərk etməlidir. Ukraynanın suverenliyi və ərazi bütövlüyü təmin edilməlidir. Suverenlik və ərazi bütövlüyümüzdə heç bir kompromis ola bilməz. Və olmayacaq. Bu aydın prinsiplərdir”, - deyə dövlət başçısı əlavə edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər