Putin Rusiyanın əmlakını müsadirə edən Qərbi hədələdi
7-04-2022, 15:31
Oxunub: 5 416
Putin Rusiya əmlakını müsadirə edən Qərbə təhdid mesajı verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin sənaye və kənd təsərrüfatının inkişafı ilə bağlı keçirilən iclasda Rusiya iqtisadiyyatı, dünyada baş verən enerji və ərzaq böhranı ilə bağlı açıqlamalar verib.
Belə ki, Ukraynada hərbi əməliyyat başladan və bir çox ölkənin reaksiyasına səbəb olan Rusiya prezidenti Putin Qərbin sanksiyalarına qarşı təhdid mesajı verib:
"Biz Qərbdən Rusiyanın bəzi mülklərinin müsadirə edilməsi ilə bağlı məlumatlar eşidirik. Demək ki, bu qədər irəli gediblər. Ona görə də heç kim bu silahın ikitərəfli olduğunu unutmamalıdır”.
Qərb ölkələrinin onlara qarşı sanksiyalarını tənqid edən Vladimir Putin bu addımların beynəlxalq böhrana səbəb olduğunu bildirib:
"İnkişaf etmiş ölkələrin iqtisadiyyat, enerji və ərzaq siyasətlərindəki səhvləri bütün dünyada ərzaq məhsullarının qiymətlərinin kəskin artmasına səbəb olub. Bu vəziyyət son bir neçə həftədə daha da dərinləşib”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər