BolgeXeber.Com » Siyasət » “Cənab İlham Əliyev bütün Azərbaycan xalqının əbədi inam və etibar məbədinə çevrilib.”

“Cənab İlham Əliyev bütün Azərbaycan xalqının əbədi inam və etibar məbədinə çevrilib.”

8-04-2022, 13:00
Oxunub: 3 760 Beş illiklər, on illiklər... zaman məfhumunun içində bir zərrədən də kiçikdir. Ancaq xalqımızın ümummilli lideri Heydər Əliyevin həmişəyaşar ideyalarını və siyasətini dönmədən uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev ötən illər ərzində bəlkə də yüz illərlə müqayisə edilə biləcək o qədər böyük uğurlara, qələbələrə imza atmışdır ki, onların sadalanması belə nə qədər vaxt tələb edir. “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”  tezisini daim əldə rəhbər tutan bizim Prezidentimiz bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün bütün fəaliyyəti dövründə onu dönməz qətiyyətliliklə aparır.  Cənab İlham Əliyevin hakimiyyətdə olduğu dövr Azərbaycanımızın hərtərəfli dinamik inkişafı, sürətli modernləşmə və iqtisadiyyatın şaxələnməsi, sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər mənzərəsi dövrü kimi xarakterizə olunur. Bu gün dövlətimizin rəhbəri kifayət qədər gərgin və mürəkkəb coğrafiyada, geopolitik güclərin maraqlarının toqquşma nöqtəsində yerləşən və müstəqilliyini yenicə əldə etmiş kiçik bir ölkəni öz qətiyyətinin, diplomatiyasının gücü ilə bütün dünyada böyük nüfuz və söz sahibinə çevirə bilmişdir. Beynəlxalq güc sahibləri cənab İlham Əliyevin mövqeyinə hörmətlə yanaşırlar. Bilirlər ki, hər hansısa təzyiq onu Azərbaycanın milli maraqlarından, sərbəst, müstəqil dövlət siyasəti aparmasından əsla çəkindirə bilməz. Bütün qərarlarında o, xalqımızın rəyini ifadə edir, bütün addımlarında onun mövqeyi xalqın mövqeyidir, bütün məsələlərdə onun fikri xalqın fikri,  sözü xalqın sözüdür. Ötən dövr ərzində cənab İlham Əliyevin düşünülmüş islahatları, üzaqgörən, müdrik siyasəti  xalqımızın həyatına yeni nəfəs gətirib, cəmiyyətin inkişafında yeni səhifələr açıb. Azərbaycanımızı addım-addım, qətrə-qətrə ali hədəflərə, amallara çatdırıb. Bu hədəflərlə, bu amallarla müstəqilliyimizin dayaqlarını möhkəmləndirib sarsılmazlığının təminatçısına çevirib. Azərbaycan bu illər ərzində Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı –Tbilisi-Qars dəmiryolu xətti, Şimal-Cənub, Qərb-Şərq nəqliyyat və s. bu kimi əfsanə layihələri ilə sıçrayışlı inkişafa nail olub.  Ölkəmiz enerji, kommunikasiya, yol layihələri ilə Asiya və Avropanı bir-birinə qovuşdurur. Regionun gələcək inkişafına geniş qapı açılıb. “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması ilə də xalqın gələcəyə  iqtisadi güc inamını birə on qat artırıb. Azərbaycanı fərqli mədəniyyətlərin dialoqu məkanına, tolerantlıq, multikulturalizm ünvanına, qlobal problemlərin həlli mərkəzinə çevrilib. “Bakı prosesi” tarixə yazıldı. Həyata keçirilən proqramlar, konsepsiyalar, strategiyalar, təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafı istiqamətində aparılan uğurlu siyasət, şəhərlə kənd arasında fərqin aradan qaldırılması istiqamətində atılan addımlar, abad yollar, qaz, işıq, su xətlərinin çəkilməsi, qeyri-neft sektorunun inkişafı xalqın firavanlığının təminatçısına çevrildi. “Azərbaycan heç bir vaxt indiki kimi güclü, indiki kimi qüdrətli olmamışdır” deyən möhtərəm Prezidentimiz cənab İlham Əliyev   yorulmadan və bir an da dayanmadan Azərbaycanımızı bundan daha qüdrətli, daha güclü gələcəyə qovuşdurmağın aydın yol xəritəsini təqdim edir. 
 
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dünyanın 50 ən güclü ordusu sıralarına çıxara bildiyi Milli Ordumuz işğalçıların təxribatlarına qarşı Vətən müharibəsində qalib gələrək Ermənistan ordusunu darmadağın etdi, 30 ildən artıq düşmən   işğal altında inləyən   torpaqlarımızı azad etdi.  Azərbaycan dünyaya səliqəli, dəqiq və sərrast, bir nəfər də olsun sivil insana güllə atmadan, işğal altinda qalmış torpaqların bir hissəsini qrafiklə döyüşsüz almaqla dünya hərb tarixində  müasir müharibə aparmağın etalonunu qoydu.  Düşmən üzərindəki bu böyük QƏLƏBƏ, bu möhtəşəm ZƏFƏR xalq-iqtidar, ordu birlyinin sarsılmaz gücünün  nümunəsini dünyaya göstərdi. Və cənab İlham Əliyevin özündə birləşən liderlik və xalqa rəhbərliyin böyüklüyünün təsdiqinə çevrildi. Bu gün ulu öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycan dünyaya bir günəş tək doğacaqdır” fikri reallığa çevrilib, Qarabağla bütövləşən Azərbaycanın inkişafı regionu işıqlandırır. Çünki bu Qələbələrin, uğurların kökündə ulu öndər Heydər Əliyevin hər zaman xalqımızın və dövlətimizin gələcəyini düşünən əbədiyaşar nurlu ideyaları və həmin ideyaları inamla, yeni keyfiyyətdə və hərtərəfli inkişafın bütün sahələrini əhatə edərək uğurla   həyata keçirən möhtərəm Prezidentimiz, Partiyamızın sədri cənab İlham Əliyevin xalqla, onun istəkləri ilə birləşmiş fəaliyyətinin nəticələri dayanır. Məhz buna görədir ki, xalqımızın fəxr və qürur yeri olan cənab İlham Əliyev dünya şöhrətli korifey Çingiz Aytmatovun dediyi kimi, “qloballaşan dünyanın müasir lider etalonudur.” Məhz buna görədir ki, cənab İlham Əliyev bütün Azərbaycan xalqının əbədi inam və etibar məbədinə çevrilib. 
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya