BolgeXeber.Com » Siyasət » Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib
Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib
9-04-2022, 09:53
Oxunub: 5 224
Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir. Müstəqillik qazanmasından cəmi 31 il keçməsinə baxmayaraq Azərbaycan Respublikası Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı olan İlham Əliyev tərəfindən həyata keçirilən müdrik və uzaqgörən islahatlar nəticəsində ölkəmizin iqtisadi inkişafında keçid dövrü başa çatmışdır. 2003-cü ildə dünyanın ən gənc prezidentlərindən biri kimi fəaliyyətə başlayan İlham Əliyev Azərbaycan kimi çox mühüm geosiyasi mövqeyə və əhəmiyyətə malik olan bir ölkəyə başçılıq edir.
Prezident İlham Əliyev Ulu Öndərin yolu ilə gedərək mükəmməl siyasi təhsil almışdır. Prezident seçilərkən İlham Əliyev, artıq dünyada tanınmış və qəbul olunmuş təcrübəli dövlət xadimi idi. O, yeni və müstəqil Azərbaycan uğrunda ən ağır mübarizələrdə dahi rəhbərin ən yaxın silahdaşı olmuş, həyata keçirilən bütün islahatlarda fəal iştirak etmişdi. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Əldə olunan uğurlar təkcə daxili inkişafa yönəlməmiş, xarici siyasətdə də bir sıra ciddi addımlar atılmışdır. Aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, dünyada beynəlxalq təşkilatların Ermənistanı işğalçı dövlət kimi tanınmasına nail olunmuşdur.
Cənab İlham Əliyevin xalq tərəfindən sevilməsi və dəstəklənənməsi 2018-ci ilin 11 aprelində növbəti dəfə böyük səs çoxluğu ilə prezident seçilməsinə səbəb olmuşdur. Azərbaycan xalqı bir daha Prezident İlham Əliyevin müdrik siyasətinin lehinə elliklə səs verdi. Xalq inanırdı ki, onun sevimli lideri işğal altında olan torpaqlarımızın yağı düşməndən azad olunmasını mütləq təmin edəcək. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına qələbəni bəxş etmişdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində erməni işğalından azad olundu, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi.
Xarirə Məhərrəmova,
S.Vurğun adına 3 saylı Sabirabad şəhər tam orta məktəbinin direktoru
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər