Avropa İttifaqının dəstəyi ilə yeni format yaranıb
10-04-2022, 08:18
Oxunub: 4 560
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə səfəri, burada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və bu görüşlərdə əldə olunmuş nəticələr Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru olmuşdur.
Son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlib və Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlib. Bu da öz növbəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyev arasında intensiv dialoq və təmaslar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və danışıqlara başlanması, bir sıra məsələlərin həlli istiqamətində əməli addımlar atılması üçün mühüm şərtdir. Bu gün Avropa İttifaqı birmənalı şəkildə Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Son iki ayda dövlət başçısı İlham Əliyevlə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, ölkə Prezidentinə ünvanlanmış məktublar dünyada nüfuzunun göstəricisidir.
Prezident İlham Əliyevin Brüssel görüşləri və apardığı danışıqlar nəticəsində Brüssel sülh gündəliyi kimi yeni format yaranıb. İlk belə görüş 2021-ci il dekabrın 14-də baş tutub. Bu il aprelin 6-da keçirilən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Sülh razılaşmasının əsasını Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif təşkil edir və sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycanın 1996-cı ildən Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı geniş sahələri-siyasi, iqtisadi, demokratik inkişaf, multikulturalizm, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrini əhatə edir və bu əməkdaşlıq gündən-günə genişlənir. Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına milyardlarla dollar investisiya yatırılıb. Təbii ki, bu, Azərbaycanın əlverişli investisiya və biznes mühitinə malik olduğunun əyani təsdiqidir. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Azərbaycan Avropa üçün yeni enerji mənbəyi olmaqla yanaşı Avropa ilə Asiyanı dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəsindən sonra bu gün artıq ölkəmiz bu danışıqlarda reallığı diktə edən bir ölkə kimi iştirak edir. Artıq dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar Zəfərimizin yaratdığı reallıqları qəbul etməklə yanaşı, onların gerçəkliyə çevrilməsinə dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Bu o deməkdir ki, bu gün ölkə Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir, Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayıb.
Nərmin Mehdiyeva,
Sabirabad rayon Heydər Əliyev Mərkəzinin bələdçisi
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər