"Xalqımızı qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır"- Paşinyan
14-04-2022, 16:04
Oxunub: 880
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə diqqət çəkən açıqlama verib. AzVision.azxəbər verir ki, o, Qarabağ məsələsi ilə bağlı danışarkən deyib ki, erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır.
"Bu gün bizə deyirlər ki, Qarabağı təslim etmişik(Azərbaycan ərazi bütövlüyünü bərpa etməsi-red.). Əgər Qarabağı təslim etmək istəsək, Serj Sarkisyanın danışıqlarının məntiqini davam etdirərdik. Beləliklə də, Qarabağı verərdik", - Paşinyan deyib.
"Sülh müqaviləsi prosesini təxirə salmaq olmaz" - PaşinyanBaş nazir iddia edib ki, müharibə Şuşa uğrunda aparılıb. Ermənistan hakimiyyəti müharibəni dayandırmağa çalışmadığına görə tənqid edilir, lakin bu heç də belə deyil.
"Şuşa olmadan müharibəni dayandırmaq və ya qarşısını almaq mümkün deyildi. Bu, sadəcə olaraq mümkün deyil. Mən bu barədə dəfələrlə danışmışam", - Paşinyan söyləyib.
O qeyd edib ki, ölən erməni hərbçiləri Qarabağın geri qaytarılmaması üçün döyüşüblər.
"Əgər başqa yolla getsək biz Qarabağı itirəcəyik. Fərrux hadisələri sizə örnəkdir. Bir-birinizi aldatmağa son qoyun. Biz yolları ona görə açırıq ki, ifadəyə görə üzr istəyirəm, xalqımızı qurbanlıq qoyun statusundan çıxaraq... Müharibənin olub-olmayacağına biz qərar vermədik. Biz heç nəyə qərar vermədik. Mən bu gün deyirəm ki, Ermənistan suveren ölkədir və biz nəyisə həll etmək hüququnu özümüzə qaytarmalıyıq. Çünki biz dövlətik, at tövləsi deyilik. Biz vətəndaşıq, qurbanlıq quzu deyilik ki, müxtəlif yerlərdə bizi nə qədər və necə kəsəcəyinə və ya bizi bağışlayacağına qərar versinlər", - baş nazir deyib.
Baş nazir gələcək nəsillərin bu statusda qalmasına imkan verməyəcəyini bəyan edib.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes