BolgeXeber.Com » Siyasət » Azərbaycan ikitərəfli əlaqələrin möhkəmlənməsində köklü addımlar atır

Azərbaycan ikitərəfli əlaqələrin möhkəmlənməsində köklü addımlar atır

25-04-2022, 11:32
Oxunub: 3 576 Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri gözdən keçirilmiş, əməkdaşlığımızın gündəliyindəki məsələlərə ətraflı nəzər salınmışdır. Həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuzu bildirmişlər. Biz dost və qardaş dövlətlərik. Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, onların arasında ikisini - Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcəkdir. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir. Məhz bu bizi strateji xarakterli əməkdaşlığa kökləyir. Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal sürətdə müntəzəm müzakirə edilib.
Dostluq əlaqələrinin fəallaşması və genişlənməsi kursunun dəyişməzliyi təsdiq edilmişdir. Qırğızıstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatdırıldı. Müvafiq Bəyannamə imzalanmışdır.
Bu, tarixi xarakterli mühüm sənəddir. Hər iki dövlət arasında münasibətlərimizin inkişafında yeni mərhələyə çatmışıq. Hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsidir. İri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Etibarlı təməl, xalqlarımız arasında dərin tarixi, mədəni və mənəvi əlaqələr olmadan mümkün olmazdı.
Bu görüşdə Dövlətlərarası Şura da təsis edildi. Ölkələrimiz arasında münasibətlərin inkişafının ən mühüm məsələlərinə baxıldı. Bütövlükdə cəmi on mühüm sənəd və saziş, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları, aviasiya nəqliyyatı, antiinhisar nizamlama və intellektual mülkiyyətin qorunması kimi sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalanmışdır. Ticari-iqtisadi sahədə praktiki əməkdaşlıq üçün geniş imkanlarımız var. Bu gün biz öz iqtisadiyyatımızın liberallaşdırılmasına yönəlmiş addımlar atırıq. İnvestisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar Qırğız Respublikasının bir çox ölkələrlə investisiya əməkdaşlığı fəallaşır. Ona görə də biz Azərbaycanın biznes dairələrini ölkəmizdə investisiya imkanlarını fəal öyrənməyə dəvət edirik.
Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edirik. Biz bütün türk dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək dəyərləndiririk. Şuşa şəhərinin bərpası üzrə planlarımız fəal icra olunur və icra olunacaq. Bu səbəbdən türk dünyasının mədəniyyət paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üzərimizə qədim, gözəl şəhərimizi daha fəal bərpa etmək öhdəliyi qoyur. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev Şuşa şəhərinə səfərləri nəticəsində mədəniyyət paytaxtımızın siması sürətlə dəyişdi, tarixi əzəməti geri qaytarıldı.
Xalqlarımız fəal mədəni-humanitar əməkdaşlıq vasitəsilə qarşılıqlı surətdə zənginləşir. Mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlarımız arasında əsl dostluq körpülərinin möhkəmlənməsinə şərait yaradılır. Azərbaycan ikitərəfli əlaqələrin möhkəmlənməsində, həm də çoxtərəfli əməkdaşlığın genişlənməsində maraqlıdır.

Samir Səfərov-YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü, Bərdə RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri