BolgeXeber.Com » Siyasət » Rəsul Quliyev yenə qatdı-qarışdırdı...

Rəsul Quliyev yenə qatdı-qarışdırdı...

11-09-2013, 10:05
Oxunub: 3 695 “...Siz xalq cəbhəsi partiyasında çalışırsınız”...
Rəsul Quliyev son zamanlar Facebook-un imkanlarından geniş istifadə edir. Onun hər statusu xəbər olur, sonra da siyasi hadisəyə çevrilir. Hörmətli Rəsul müəllimin daha bir statusu isə ümumiyyətlə “şedevr”dir. Buradan aydın olur ki, Rəsul Quliyev iki şeyi bilmir:
1. Gülağa Aslanlının Müsavat başqanının müavini olmasını;
2. Azərbaycan dilinin qrammatikasını.
Birinciyə dözmək olar. Amma R. Quliyevin öz dilində yazı yazarkən bu qədər səhv buraxması heyrətamizdir.
Buna da dözmək olar - o və onun kimi insanların siyasətdə buraxdığı səhvlər minlərlə vətəndaşın həyatına təsir edir, buna dözmək çətindir.
İstənilən halda, bu maraqlı statusu nöqtəsinə, vergülünə toxunmadan dərc edirik:
“Hörmətli Gülağa müəllimə
Hörmətli müəllim bildiyimə görə siz xalq cəbhəsi partiyasında çalışırsınız. Sizi tanımıram ancaq şəkilinizdən düşünürəmki 90-cı illərdə görüşmüşük. Siz həmişə mənim yazılarıma çox çox məntiqsiz cavablar ya yazırsınız ya da deyirsiniz. Deyəsən bir dəfə ya iki dəfə sizə nəzakətlə yazıları axıra qədər oxuyub sonra fikir bildirməyi xahiş etmişəm,görsənirki vaxtınız olmadığından oxumursunuz və jurnalistin qəsdən təhrif etdiyi suala məntiqsiz cavablar verirsiniz. Sizdən xahişim əvvəlcə mənim yazdığımı diqqətlə oxuyun, sonra verdiyiniz cavabla müqayisə edin. Görün o yazıda İ.Əliyevi dəstəkləyən və ya özümdən başqa heç kimi prezident görməyən hətta eyhamlı frazalara rast gələ bilirsiniz ya yox. Orada yazılanlara konkret cavab verin . Mən yazıram ölkədə azad seçki şəraiti yarada bilmədik və günahda aparılan siyasətdəir, Siz yazın belə deyildir. Mən yazıram MŞ birdəfədə ciddi iclas keçirmiyib və heç bir video yazı və stenoqrama yoxdur. Deyin var və onu qoyun ortaya. Mən yazıram İ.Əliyev özünə heç bir seçki keçirmədən 70-80 faizi müəyyənləşdirib ,siz yazınki yox bu belə deyildir, biz seçkiləri udacayıq. Mən yazıram hökümət müxalifəti kəndlər və şəhərlərdə heç küçəyə çıxmağa imkan vermir belə şəraitdə necə udmaq olar. Siz yazın ki,dezinformasiyadır biz istədiyimiz İcra başçısını diz üstə oturdarıq və sair ,və sair
Hörmətli Gülağa müəllim başqasının yazısına hörmətlə yanaşmamaq Azərbaycanda olar,qeyri adi bir şey yoxdur. Ancaq səhv sözlərinizə görə gərək insan özündən utana xüsusilə əgər ağsaçlıdırsa”.

musavat.com