Cəmil Həsənlinin yaşadığı evindən başqa əmlakı yoxdur
12-09-2013, 09:20
Oxunub: 5 313
Prezidentliyə namizədlər qanunvericiliyin tələbinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) seçki sənədləri ilə yanaşı, sahib olduğu əmlakı və gəlirləri barədə arayış da təqdim ediblər. Həmin sənədlərdə namizədin adına qeydiyyatda olan mənzil, avtomobil, bağ evi, ticarət obyektləri, əldə etdiyi maliyyənin həcmi barədə məlumat əks olunur.
Müxalifət qüvvələrinin təmsil olunduğu Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin də əmlak və gəlirlərini özündə əks etdirən sənəd MSK-ya təqdim olunub.
Cəmil Həsənlinin seçkilər üzrə səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı bildirib ki, MSK-ya təqdim olunan sənəddə təkcə Cəmil Həsənlinin deyil, eləcə də onun həyat yoldaşının əmlakı, pul gəlirləri barədə ətraflı məlumat verilib.
“Cəmil bəyin əmlakı və gəlirləri barədə sənədləri MSK-ya təqdim etmişik. Sadəcə olaraq biz bu barədə hələlik açıqlama vermək istəmirik. Təşviqat kampaniyası başlayan günü biz Cəmil bəyin, onun həyat yoldaşının əmlakı və gəlirləri barədə danışacağıq”.
Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri Həsən Kərimov isə açıqlamasında vahid namizədin bir evi və maşınından başqa heç nəyinin olmadığını vurğulayıb.
“Cəmil müəllim professor adamdır, halal zəhmətilə yaşayır. Onun bir evi var, bir də özü. Başqa gizlədilməli heç nəyi yoxdur. Bizim namizədin nə villası, nə də ticarət obyektləri var. Bu insan halal insandır, rüşvəti, haramı yoxdur. Nəyi varsa, halal zəhmətilə sahib olub”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər