BolgeXeber.Com » Siyasət » Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır

6-06-2022, 09:57
Oxunub: 3 984 1 iyun tarixində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
İki illik fasilədən sonra bərpa olunan ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın, həmçinin iştirakçı dövlətlərin enerji sektorunda qazandıqları uğurların hesabatıdır. 30 ölkədən 249 şirkəti bir araya gətirən builki sərgidə hazırkı dövrün enerji gündəliyi geniş müzakirə olunur.
Prezident İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışı zamanı bildirib ki, bu il biz artıq dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirmişik. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyasının inşa olunduğunu qeyd edən dövlət başçısı vurğulayıb ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır. Çünki biz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik.
Belə ki, 2020-ci ilin yanvar ayının 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətləri arasında Azərbaycanda bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb. Müqavilələrə əsasən Gülüstan sarayında 2022-ci ilin yanvar ayının 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası, 2022-ci ilin mart ayının 15-də “isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib. Bununla bərabər bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı, qeyri-neft sektorunun yüksəlişi bizi yeni çağırışlarla üzləşdirir və yeni yanaşmalar tələb edir. Son illərdə aparılmış uğurlu islahatların bir hissəsi bərpaolunan enerji istehsalı ilə bağlıdır. Bu sahədə bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpaolunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer alıb. Bu gün, xarici şirkətlərlə yeni layihələrin imzalanması bu sahədə atılan ciddi addımlardan biridir. Bu müqavilələr Azərbaycana sərmayə yatırılmasını nəzərdə tutur. Bu da ilk növbədə milli iqtisadiyyatımıza stimul verəcək, yeni iş yerləri açılacaq. Bu layihələr ölkəmizin enerji dayanığlığını təmin edəcək.
Bərpaolunan enerji sahəsində ilk xarici tərəfdaşlarımız kimi “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlığımız dayanıqlı, təmiz enerji ilə bağlı hədəflərimizə, qarşılıqlı maraqlarımıza töhfə verəcək. Bu layihələr ölkəmizdə enerji mənbələrini şaxələndirmək məqsədilə bərpaolunan enerjinin payının artırılmasına töhvə verərək Azərbaycan hökumətinin yeni xidmət sahələri, sənaye sektorları və münasib iş imkanlarının yaradılması ilə bağlı təşəbbüslərini dəstəkləyəcək.
Müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddətdə böyük nailiyyətlər əldə olunub. Diqqət çəkən məqamlardan biri də budur ki, 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır. 2021-ci ildə Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Dövlət başçımızın əsas məqsədlərindən biri də bundan ibarətdir ki, icra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdir. Artan enerji ixracı ölkəmizin iqtisadi və geosiyasi əhəmiyyətini daha da gücləndirəcək, əlavə valyuta qazandıracaq.
 
Zülfəli Musayev, 
Sabirabad RİH başçısının Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi