Erməni təxribatı ilə bağlı Azərbaycan Fransaya nota verəcək
23-07-2022, 17:15
Oxunub: 6 744
“Fransanın Klermon-Ferrand şəhər meydanında qanunsuz erməni separatçılarının əsgi parçasının asılması ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə nota ünvanlanacaq”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Fransadakı Səfirliyindən bildirilib.
Qeyd edilib ki, bundan başqa, prefektura rəhbərliyinə məktub göndərilib və Azərbaycanın ərazi bütövlüyünə qarşı olan, habelə Fransa qanunvericiliyinin pozulması hesab edilən bu addımla bağlı müvafiq araşdırmanın aparılması və açıqlamanın verilməsi tələb olunub.
Qeyd edək ki,Fransanın Klermont-Ferrand şəhərindəki meydanlardan birinə qondarma erməni soyqırımı iddiası ilə “Ermənistan” adı verilib.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Hətta bu münasibətlə keçirilən tədbirdə qondarma Artsaxın əsgi parçasının dalğalandırıldığı da qeyd olunub.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər