BolgeXeber.Com » Siyasət » “Cəmil Həsənlinin vurulacağı haqda bizə məlumat sızdırılmışdı”

“Cəmil Həsənlinin vurulacağı haqda bizə məlumat sızdırılmışdı”

20-09-2013, 11:45
Oxunub: 3 945 Müsavatdan şok açıqlama: “Hafiz Haciyevin bu debatda Cəmil Həsənlini vuracağı, ona fiziki xəsarət yetirəcəyi haqda əvvəlcədən bizə məlumat sızdırılmışdı”

Bunu açıqlamasında Müsavat Partiyası başqanın müşaviri, Milli Şuranın üzvü Mustafa Hacıbəyli deyib.

M.Hacıbəyli H.Hacıyevin bu gün keçirilən debatda Cəmil Həsənliyə qarşı etdikləri haqda şok fikirlər səsləndirdi: “Bizə deyilmişdi ki, Hafiz Hacıyevin bundan sonra namizədliyi ləğv ediləcək və o, bu hərəkətinin müqabilində 20 min manat pul alacaq. Düzü, şəxsən mən bunu bir blef kimi, Cəmil Həsənlini qorxuzmaq cəhdi kimi qəbul etmişdim.

Amma debatda baş verənlər göstərdi ki, hakimiyyət bunu həqiqətən planlaşdırıbmış”. M.Hacıbəyli H.Hacıyevin hakimiyyətin silahı olduğunu qeyd etdi: “Bu gün sübuta yetdi ki, bu debatlarda hakimiyyətin əsas silahı həqiqətən Hafiz Hacıyev imiş. Təsadüfi deyil ki, İTV rəhbərliyi Cəmil Həsənlinin efir vaxtını kəsməklə, Hafiz Hacıyevin hərəkətlərinə şərik oldu. Axı Cəmil Həsənli ona butulka atəşi edilərkən çıxış edə bilməzdi.

Əli Əhmədov da namizədə butulka atan Hafiz Hacıyevi yox, Cəmil Həsənlini hədəfə almaqla bu cinayətə şərik oldu. Sübut olundu ki, bu debatlarda hakimiyyətin əsas silahı Hafiz Hacıyevdir. Hafiz Hacıyev hakimiyyətin gerçək simasıdır”.

Milli Şuranın üzvü H.Hacıyevin cavabını xalqın sentyabrın 22-də keçiriləcək mitinqdə verəcəyini vurğuladı: “Mən düşünürəm ki, xalq bu biabırçılığın qisasını sentyabrın 22-də hamılıqla "İnşaatçılar" metrosunun yanında mitinqə çıxmaqla almalıdır. Mən düşünürəm ki, Qərbi azərbaycalılar, onların adından çıxış edən Hafiz Hacıyevin onların adından danışmasına etiraz etməlidir”.