BolgeXeber.Com » Siyasət » ABŞ-dan Putinin nüvə təhdidinə cavab: Məhv edəcəyik

ABŞ-dan Putinin nüvə təhdidinə cavab: Məhv edəcəyik

3-10-2022, 17:00
Oxunub: 2 504
ABŞ-ın Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Devid Petreus Putinin nüvə təhdidinə cavab verib.

Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, ABŞ ordusunun yüksək rütbəli simalarından biri Devid Petreus Rusiya ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Petreus açıqlamasında "Putin nüvə silahından istifadə edərsə, ABŞ və müttəfiqləri Ukraynadakı rus əsgər və texnikasını məhv edəcək, Qara dənizdə gəmilərini batıracaq”, - deyə bildirib.

Petreus, həmçinin bildirib ki, NATO-nun 5-ci maddəsinə əsasən, NATO-ya üzv olan hər hansı ölkəyə hücum olarsa, bütün NATO-ya üzv dövlətlər hərəkətə keçməli və üzv ölkəyə dəstək verməlidir.