BolgeXeber.Com » Siyasət » Vladimir Putin: "İrəvanla Bakı arasında münaqişəyə son qoyulmalıdır"

Vladimir Putin: "İrəvanla Bakı arasında münaqişəyə son qoyulmalıdır"

31-10-2022, 17:47
Oxunub: 2 232 "Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir. Ona nə vaxtsa son qoyulmalıdır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə deyib.

O bildirib ki, rəsmi Moskva bu prosesi dəstəkləyir: 

"Bilirəm ki, sizin bununla bağlı siyasi iradəniz var. Bütün məsələlərdə razılaşmaq lazımdır. Bu, bizim üçün xüsusi bir vəziyyətdir. Ümid edirəm ki, nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik”, - V.Putin söyləyib.