BolgeXeber.Com » Siyasət » Ana Vətən Partiyası Salyanda təbliğat-təşviqat kompaniyası keçirib-Foto

Ana Vətən Partiyası Salyanda təbliğat-təşviqat kompaniyası keçirib-Foto

28-09-2013, 21:20
Oxunub: 4 302 Bolgexeber.com bildirir ki, Sentyabrın 27-də Salyan şəhərində prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kompaniyası çərçivəsində mitinq görüşü keçirilmişdir. Görüşü Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov açaraq mitinq iştirakçılarını salamladı və prezidentliyə namizəd İlham Əliyevin üstün cəhətləri üzərində dayanaraq seçiciləri oktyabrın 9-da fəallıq göstərməyə səslədi.
Daha sonra millət vəkili Əliağa Hüseynov, YAP Mərkəzi Aparatının məsul işçisi Kərim Kərimov, YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev çıxış edərək seçiciləri seçki günü fəallıq göstərməyə, səsverməyə gəlməyə və səslərini İlham Əliyevə verməyə çağırdılar.
Mitinqdə çıxış edən millət vəkili Fəzail Ağamalı oktyabr ayının 9-nu Azərbaycanın dövlətçilik tarixində mühüm və son dərəcə vacib hadisə kimi önə çəkərək hər bir Azərbaycan vətəndaşının bu prosesdə fəal iştirak etməsini vətəndaşlıq borcu kimi dəyərləndirdi. Fəzail Ağamalı İlham Əliyevin son 10 ildə Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərini konkret faktlar əsasında seçicilərin diqqətinə çatdırdı. F. Ağamalı İlham Əliyevin prezidentliyi dövründə onun həyata keçirdiyi daxili və xarici siyasətin konkret nəticələrinin hər bir Azərbaycan vətəndaşının həyatında özünü ifadə etdiyini əsaslandıraraq, seçiciləri növbəti illərdə də inkişafımızı, əminamanlığımızı, firavanlığımızı, dövlətimizin və hər bir azərbaycanlının təhlükəsizliyini təmin edəcək İlham Əliyevə səs verməyə dəvət etdi.
Görüş rəngarəng konsert proqramı ilə davam etdi.
Bolgexeber.com