BolgeXeber.Com » Siyasət » Bayramov və Mirzoyan görüşəcək?- Rəsmi

Bayramov və Mirzoyan görüşəcək?- Rəsmi

9-02-2023, 17:52
Oxunub: 1 928

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın yaxın gələcəkdə görüşmələrinə dair hələ ki, məlumat yoxdur.


Bolgexeber.com xəbər verir ki, bunu Report-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.


Onun sözlərinə görə, görüşlə bağlı məlumat hələ ki, təsdiqlənməyib.


Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fevralın 8-də bildirmişdi ki, yaxın vaxtlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla növbəti görüş planlaşdırılır.