İlham Əliyev Putinə niyə zəng etdi?
15-02-2023, 11:49
Oxunub: 5 144
Əliyevin Putinə indi zəng etməsi Bakı-İrəvan və Bakı-Moskva xəttindəki proseslər, o cümlədən, Qarabağda baş verənlərdən qaynaqlanır.
Zəngdən öncə Əliyev Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi Bakıda qəbul etdi. Xovayevin gəlişinin iki mümkün səbəbi ola bilər:
- Bakı və İrəvan arasında sülh mətni üzrə məktublaşma davam edir və Moskva bu prosesdən məlumatlı olmaq istəyir;
- İstisna deyil ki, Rusiya sülh danışıqlarına dair müəyyən təkliflər də irəli sürür: bu təkliflərin tərəflərin liderlər səviyyəsində yeni görüşünün təşkili ilə bağlı olması mümkündür.
Və Əliyev həm Bakı-İrəvan məktublaşması, həm də mümkün təklifləri Putinlə müzakirə edib.
Bu zəng, eyni zamanda, Bakı-Moskva xəttində müşahidə olunan proseslərlə əlaqəlidir: ruslar Qərb qüvvələrini bölgəyə gətirən Ermənistan qarşısında Azərbaycanda münasibətləri sıxlaşdırmaq niyyətindədir və baş konsulluğun açılmasını gündəmə gətirirlər.
O da mümkün versiyalardandır ki, Əliyev Putinlə Qarabağda baş verənləri, xüsusilə Ruben Vardanyanın Moskvaya gedişi və dönüşü məsələsini də müzakirə edib. Rusiya Rubeni vətəndaşlıqdan çıxarmaqla məsuliyyəti üzərindən atsa da, onun Qarabağdan çıxışı və girişinə görə sülhməramlılar cavabdehdir. Bakıdan Moskvaya edilən zəngin Vardanyanın qayıdışından sonra baş verməsi Əliyevin bu məsələni gündəmə gətirdiyi ehtimalını önə çıxarır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər