Xalqa artisti Fuad Poladov: “Mən Cəmil Həsənlini dəstəkləyirəm”
7-10-2013, 09:55
Oxunub: 4 978
Flora Kərimova: “Bu seçkilərdə siyasətdən tamam uzağam”
Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası sonuna çatmaqdadır. Hər kəsin seçimi, mövqeləri bəllidir. Maraqlıdır, görəsən seçkilər prosesini ziyalılarımız izlədimi? Onların favoriti kim oldu? Yüzlərlə, minlərlə pərəstişkarı olan söz sahibi sənətçilərimizin çağırışı bilirik ki, bir o qədər də səs deməkdir.
Öz əqidəsi, yanaşması ilə sosial statuslarını müəyyən etmiş iki böyük sənətkarımızla əlaqə saxladıq.
Lirik-psixoloji üslublu aktyorluq məktəbinin ən qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycanın xalq artisti Fuad Poladov budəfəki prezident seçkilərində Cəmil Həsənlini dəstəklədiyini bildirdi: “Çox təəssüflər olsun ki, çəkilişlərlə əlaqədar olaraq debatları izləmək imkanım olmayıb. Lakin bu seçkilərdə dəstəklədiyim Cəmil Həsənli ilə vaxtaşırı telefonla danışırıq. Seçiciləri ilə görüşləri, debatlarda çıxışları onun necə ziyalı olduğunu ifadə edir. Cəmil Həsənli böyük ziyalıdır. Mən onu dəstəkləyirəm, ona da səs verəcəyəm. Əslində onun Sabirabadda seçiciləri ilə görüşündə mən də iştirak edəcəkdim və bunu çox arzulayırdım. Lakin yenə də işlərlə əlaqədar olaraq gedə bilmədim”.
Xalq artisti Flora Kərimovanın da seçkilər ərəfəsində rəyini öyrənmək bir çoxları üçün maraq daşıyır.
Qəzetimizə öz fikirlərini bildirən F.Kərimova seçkilərlə bağlı bunları dedi: “Bu seçkilərdə siyasətdən tamam uzağam. Heç debatları da izləmirəm. Çünki efirdən elə layiqsiz, təhqiredici, sifarişli sözlər eşidirəm ki, ona baxmağa dəyməz”.deyerler.orq
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman