BolgeXeber.Com » Siyasət » Əli Həsənov: “1993-cü il iyunun 15-i ölkəmizin tarixinə qızıl hərflərlə yazılıb”
Əli Həsənov: “1993-cü il iyunun 15-i ölkəmizin tarixinə qızıl hərflərlə yazılıb”
15-06-2011, 12:40
Oxunub: 2 294
Azərbaycan Respublikaının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Elmi əsaslara söykənən strategiya müasirləşmə və davamlı inkişafın mühüm amili kimi” mövzusunda “dəyirmi masa” keçirilib. AzərTAc xəbər verir ki, Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə akademiyanın birinci prorektoru, professor Əlikram Abdullayev müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın üzləşdiyi problemlərdən danışıb, 1993-cü il iyunun 15-nin tariximizə mühüm bir hadisə kimi daxil olduğunu vurğulayıb, bu əlamətdar günün əhəmiyyətindən danışıb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 1993-cü il iyunun 15-nin ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib. Natiq 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin bir şəraitdə yenicə əldə olunmuş dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, dövlətçilik ənənələrinin yenidən bərpa olunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin xalqın israrlı və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən də dönüş nöqtəsi, qurtuluş anı olub.
Ulu öndər Heydər Əliyevin misilsiz, titanik fəaliyyəti nəticəsində ölkəmiz hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoyub. Dahi şəxsiyyət Azərbaycanı dünyaya tanıdıb, onu beynəlxalq aləmdə nüfuz sahibi edib.
Tədbirdə "Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyası: əsas nailiyyətlər və perspektivlər" mövzusunda məruzə dinlənilib.
Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial