TDT Zəngəzur dəhlizinin açılmasına hazırlaşır
7-04-2023, 09:02
Oxunub: 2 808
Türk dövlətləri arasında iqtisadi əlaqələrin güclənməsi üçün mütləq şəkildə siyasi əlaqələrin yüksək səviyyədə olmasına böyük ehtiyac vardı. Bu siyasi vəhdətlik də artıq son dönəmlər kifayət qədər formalaşıb.
Bu sözləri Bolgə.TV-yə türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılması haqda qanun layihəsinin Milli Məclisdə qəbul edilməsi ilə bağlı açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizi açıldıqdan sonra türk dünyasının vahid inteqrasiya problemi həll olunacaq:
“Zəngəzur dəhlizindən sonra türk dövlətləri arasında istənilən, xüsusən də iqtisadi və ticari əlaqələrin yüksək səviyyəyə qalxacağına şübhə yoxdur. Türk dövlətləri arasında imzalanmış bu sazişi bilavasitə Zəngəzur dəhlizinin açılmasına hazırlıq mərhələsi olaraq qiymətləndirə bilərik. Çünki dəhliz açıldıqdan sonra Türkiyənin Orta Asiyaya birbaşa Azərbaycan üzərindən çıxışı mümkün olacaq. Həmçinin, Avropaya kimi uzanan Orta Dəhliz (Şərq-Qərb) Gürcüstandan yox, birbaşa Azərbaycandan Türkiyəyə keçə bilər. Bu da, təbii olaraq, logistik xərcləri aşağı salacaq. Həmçinin, gömrük sazişini də nəzərə alsaq, bunun avtomatik olaraq ticari dövriyyələrin artımına töhfə verəcəyini deyə bilərik. Bu isə birbaşa iqtisadi əməkdaşlığı şərtləndirir. Hesab edirəm ki, gömrüklə bağlı bu razılaşmalar hələlik pilot layihələr üzərindən icra olunacaq. Ancaq önəmlisi proseslərin əsasının qoyulmasıdır. Azərbaycanın coğrafi olaraq logistik istiqamət olması, həmçinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi ilə bağlı işlərin başlanılması Çinin Avropaya ixracını Rusiyadan yox, məhz bu orta hədd üzərindən etməyə maraqlı olmasına ciddi təsir edəcək. Belə olan şəraitdə daha təkmil, asan və rahat keçid məntəqələrinin yaradılmasına, gömrük xidmətlərinin göstərilməsinə ehtiyac var
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər