BolgeXeber.Com » Siyasət » Laçında çoban minaya düşdü

Laçında çoban minaya düşdü

12-04-2023, 15:00
Oxunub: 1 456
Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.

Bolgə.TV bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.