BolgeXeber.Com » Siyasət » Ordumuzun hansı addımları atır?

Ordumuzun hansı addımları atır?

12-04-2023, 16:28
Oxunub: 1 720
Erməni hərbi-siyasi rəhbərliyi təxribat törətməklə öz siyasi hədəflərinə nail olmaq istəyir. Son zamanlar təxribat üçün müəyyən şərait yaradılırdı.

Bolgə.TV bunu hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

“Laçın-Xankəndi istiqamətində yolların Azərbaycan Ordusu tərəfindən nəzarət altına alınması üçün addımlar atılır. Bunların hər biri Ermənistanın Azərbaycan ərazisinə silah-sursatın və şəxsi heyətin daşınmasının qarşısının alınması ilə nəticələnir. Ermənistan isə həmişəki kimi buna atəşkəsi pozmaq və təxribata əl atmaqla cavab verir. Həmçinin, Ermənistan sülh müqaviləsinin bağlanması və üçtərəfli bəyannamədən irəli gələn bəndlərin yerinə yetirilməməsi üçün fikri yayındırmağa çalışır. Çünki təxribat baş verəndə, yaxud atəşkəs pozulanda vaxt tələb olunur ki, bütün məsələlər aydınlaşdırılsın və hər şey əvvəlki vəziyyətə gətirilsin”, - polkovnik bildirib.

Ş.Ramaldanov vurğulayıb ki, Ermənistan gərginlik yaradaraq KTMT-ni əraziyə cəlb etmək istəyir:

“Bundan sonra Rusiya və KTMT-nin buradakı fəaliyyətsizliyi haqda müəyyən bəyanatlar verməyə çalışacaq. Bu fonda isə AB-nin ölkədə yerləşən missiyasının necə əhəmiyyətli olduğunu qeyd edəcək. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan əsas məsələlərdən yayınmağı qarşısına məqsəd qoyub. Ancaq onlar bu təxribatdan sırf hərbi cəhətdən heç bir nəticə əldə edə bilməyəcək. Azərbaycan Ordusu bütün əməliyyat şəraitini nəzarət altında saxlayaraq adekvat addımlar atmağa davam edir. Son təxribata da Ordumuz cavab verəcək və yaxın vaxtlarda müəyyən addımların nəticələrinin şahidi olacağıq”.

O, həmçinin bildirib ki, cəmiyyətdə narazılıqların artmaması üçün Ermənistan itkilərin sayını gizlətməyə çalışır:

“Bununla da cəmiyyətə məlumatları gec təqdim edir. Bu isə heç təəccüblü deyil. Ancaq biz həmişə təxribatı gözləməli və ayıq-sayıqlığı itirməməliyik”.

Ekspert qeyd edib ki, İran tərəfinin Ermənistana nəinki dronlarını, həm də digər hərbi-sursatlarını verməsi ilə bağlı məlumatlar mövcuddur:

“Ancaq bu avadanlıqların istifadəsi ilə bağlı hələ sübut yoxdur. Sadəcə ehtimal var ki, istifadə edilənlər arasında həmin avadanlıqlar olub”.