BolgeXeber.Com » Siyasət » Ermənilər Azərbaycanla sülh şəraitində yaşamaq istəmədiklərini göstərdilər

Ermənilər Azərbaycanla sülh şəraitində yaşamaq istəmədiklərini göstərdilər

13-04-2023, 17:09
Oxunub: 2 024
Bəzi media və sosial şəbəkə səhifələrində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisindən əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan ərazisində əsir düşməsi və ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsi, qeyri-insanı rəftara məruz qalmasına dair videogörüntülər yayılıb.

Bolgə.TV xəbər verir ki, yayılmış həmin videogörüntlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb.
Vəziyyət ilə bağlı fikrilərini Metbuat.az-a deyən politoloq Azər Qasımov vurğuladı ki, əsgərimizə qarşı qeyri-insani rəftar erməni vəhşiliyinin bir daha bariz nümunəsidir.

"Müdafiəsiz insana qarşı törədilən vəhşilik ermənilərin necə insaniyyətdən uzaq məxluqlar olduğunun sübutudur. Vəhşiliklərini nümayiş etdirmək isə tək Azərbaycana yox, dünya ictimaiyyətinə meydan oxumaqdır. Bununla ermənilər heç nədən çəkinmədiklərini, hələ heç nəyin bitmədiyini göstərmək istəyirlər, eyni zamanda, Azərbaycanla heç vaxt sülh şəraitində yaşamaq istəmədiklərini göstərirlər".

Politoloq hesab edir ki, Azərbaycan əsgərinə qarşı edilən qəddar hərəkətlər Azərbaycan ordusuna meydan oxumağa bərabərdir.

"Məlumata görə, əsgərimiz Qafanın polis idarəsində saxlanıırmış. Ordumuz əsgərini azad etmək üçün Qafana daxil olmalı, müqavimət olarsa, onları məhv etməli və əsgərimizi azad etməlidir", deyə politoloq qeyd edib.

Məlumat üçün bildirək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına işgəncə verilməsi faktına münasibət bildirib.


"Naxçıvanın Şahbuz rayonu istiqamətində bir neçə gün əvvəl itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Ermənistan tərəfindən saxlanılıb. Onlar şiddətli şəkildə döyülüb və işgəncələrə məruz qalıb. Bu cür pis rəftar beynəlxalq humanitar hüquqa ziddir, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir!", - XİN sözçüsü bildirib.