BolgeXeber.Com » Siyasət » İlham Əliyev 5 fərman imzaladı

İlham Əliyev 5 fərman imzaladı

14-04-2023, 12:47
Oxunub: 1 728
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 826-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 176 nömrəli, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2000-ci il 6 mart tarixli 291 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bolgə.TV fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 1-ci, 2-ci (hər iki halda) hissələrində, 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 16-cı maddəsinin 1-ci, 2-ci (ikinci halda) (dövlət mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə verilməsinə münasibətdə) və 5-ci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (ikinci halda) (yay, qış otlaqlarının icarəyə və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə verilməsinə münasibətdə) və 3-cü hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə rayon (şəhər) icra hakimiyyəti orqanları nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (birinci halda) “informasiya sistemi” dedikdə “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur.

2. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 486; 2000, № 3 (I kitab), maddə 158; 2001, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2004, № 4, maddə 231; 2006, № 8, maddə 660; 2008, № 3, maddə 174, № 8, maddə 714; 2009, № 7, maddə 542; 2012, № 11, maddə 1080; 2014, № 10, maddə 1217, № 12, maddə 1552; 2016, № 2 (II kitab), maddə 239; 2017, № 7, maddə 1320, № 12 (I kitab), maddə 2342; 2019, № 3, maddə 436, № 5, maddə 843; 2020, № 5, maddə 559; 2022, № 12, maddə 1432; 2023, № 1, maddə 71) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddən “16-cı maddəsinin 8-ci hissəsində,” sözləri çıxarılsın;

2.2. 2.1-1-ci bəndə “Məcəllənin” sözündən sonra “16-cı maddəsinin 1-ci, 2-ci (hər iki halda) hissələrində, 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində,” sözləri əlavə edilsin;

2.3. aşağıdakı məzmunda 2.1-2-ci, 2.3-2-ci, 2.5-1-ci və 2.5-2-ci bəndlər əlavə edilsin:

“2.1-2. həmin Məcəllənin 16-cı maddəsinin 1-ci, 2-ci (ikinci halda) (dövlət mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə verilməsinə münasibətdə) və 5-ci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

“2.3-2. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (ikinci halda) (yay, qış otlaqlarının icarəyə və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə verilməsinə münasibətdə) və 3-cü hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə rayon (şəhər) icra hakimiyyəti orqanları nəzərdə tutulur;”;

“2.5-1. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;

2.5-2. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (birinci halda) “informasiya sistemi” dedikdə “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur;”;

2.4. 2.3-1-ci bəndə “müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini” sözlərindən sonra “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə uyğun olaraq),” sözləri əlavə edilsin.

3. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 158; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2004, № 2, maddə 69; 2006, № 8, maddə 660; 2007, № 11, maddə 1110; 2008, № 3, maddə 174, № 6, maddə 498; 2010, № 7, maddələr 542, 610; 2012, № 11, maddə 1081; 2014, № 11, maddə 1419; 2016, № 2 (II kitab), maddə 240; 2021, № 7, maddə 728; 2022, № 12, maddə 1432) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. üçüncü abzasa “otlaqları torpaqlarının” sözlərindən sonra “(dövlət mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə verilməsinə münasibətdə)” sözləri əlavə edilsin;

3.2. səkkizinci abzasdan “16-cı maddəsinin 1-ci hissəsində,” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 826-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.


Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 827-VIQD nömrəli Qanununun tətbiqi və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 10-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 10-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Qanunun 10-1.1-ci maddəsinin birinci cümləsində (birinci halda) “informasiya sistemi” dedikdə “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur;

1.4. həmin Qanunun 10-1.3.2-ci maddəsində, 10-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 10-1.6-cı maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (kənd təsərrüfatı məqsədləri üçün icarəyə verilən torpaq sahələrinə münasibətdə) və Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün icarəyə verilən torpaq sahələrinə münasibətdə) nəzərdə tutulur.

2. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 168; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2003, № 10, maddə 577; 2005, № 11, maddə 1016; 2006, № 7, maddə 590; 2007, № 11, maddə 1110; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1418; 2016, № 2, maddə 254, № 11, maddə 1818; 2018, № 6, maddə 1228; 2020, № 4, maddə 416; 2022, № 12, maddə 1445) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “10-1.1-ci maddəsinin birinci cümləsində” sözlərindən sonra “(hər iki halda)” sözləri əlavə edilsin;

2.2. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.7. həmin Qanunun 10-1.3.2-ci maddəsində, 10-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 10-1.6-cı maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (kənd təsərrüfatı məqsədləri üçün icarəyə verilən torpaq sahələrinə münasibətdə) və Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün icarəyə verilən torpaq sahələrinə münasibətdə) nəzərdə tutulur;”;

2.3. 2.8-ci bəndə “10-1.1-ci maddəsinin birinci cümləsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin, həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.9-cu və 2.10-cu bəndlər əlavə edilsin:

“2.9. həmin Qanunun 10-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;

2.10. həmin Qanunun 10-1.1-ci maddəsinin birinci cümləsində (birinci halda) “informasiya sistemi” dedikdə “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 827-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940; 2020, № 7, maddə 897, № 9, maddə 1147; 2022, № 3, maddə 228, № 9, maddə 1036) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 3.1.3-3-cü və 3.2.3-3-cü yarımbəndlər əlavə edilsin:

“3.1.3-3. “kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi;”;

“3.2.3-3. “kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi vasitəsilə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müraciətlərin qəbulu, baxılması və cavablandırılması;”.

2. 5.1.28-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.29-cu və 5.1.30-cu yarımbəndlər əlavə edilsin:

“5.1.29. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlər və həmin müraciətlərə baxılması üzrə sənədlər;

5.1.30. icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair icarəçilər tərəfindən təqdim edilmiş məlumatlar.”.

3. 7.1.1-ci yarımbəndə aşağıdakı məzmunda 18-ci və 19-cu abzaslar əlavə edilsin:

“18. dövlət mülkiyyətində olan torpaqları icarəyə (istifadəyə) götürmək məqsədilə müraciət etmək;

19. icarəyə götürdüyü dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair məlumat təqdim etmək;”.

4. 7.1.9-cu yarımbəndin 3-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.1.10-cu və 7.1.11-ci yarımbəndlər əlavə edilsin:

“7.1.10. rayon (şəhər) icra hakimiyyəti orqanları:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlərə baxmaq;

7.1.11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlər üzrə rəy vermək.”.

***

Prezident İlham Əliyev “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci iI 22 noyabr tarixli 316 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1011; 2008, № 8, maddə 718; 2009, № 8, maddə 630; 2010, № 3, maddə 186; 2015, № 7, maddə 841; 2018, № 4, maddə 672, № 12 (I kitab), maddə 2553; 2019, № 8, maddə 1386; 2020, № 4, maddə 405, № 5, maddə 562; 2022, № 8, maddə 867; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 20 fevral tarixli 2038 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.7-1-ci bənddə “, 24.1-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 2.7-5-ci bənd əlavə edilsin:

“2.7-5. həmin Qanunun 24.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (götürülməsi, məhv edilməsi, zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı ilə bağlı qərar qəbul edilməsinə münasibətdə) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (götürülməsinin, məhv edilməsinin, zərərsizləşdirilməsinin, emalının və ya təkrar emalının təmin edilməsinə münasibətdə) nəzərdə tutulur.”.

3. 2.8-ci bəndə “birinci halda” sözlərindən sonra “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi,” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. 3.2.3-cü yarımbəndə ikinci halda “qeydiyyatının aparılması,” sözlərindən sonra “karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi,” sözləri əlavə edilsin.

2. 5.1.28-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.29-cu yarımbənd əlavə edilsin:

“5.1.29. karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar heyvanların, heyvan mənşəli məhsulların və xammalın məhv edilməsi, emalı və ya təkrar emalı məqsədilə götürülməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, habelə həmin xəstəliklər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi barədə məlumatlar.”.