BolgeXeber.Com » Siyasət » Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində mütamadi olaraq iməciliklər keçirilir
Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində mütamadi olaraq iməciliklər keçirilir
15-04-2023, 12:37
Oxunub: 2 552
Bolgə.TV xəbər verir ki, Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar respubikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da rayon icra hakimiyyətinin Tədbirlər Planına əsasən silsilə tədbirlər keçirilir.
Tədbirlər Planına uyğun olaraq aprelin 15-də Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev prospektində “Ana abidəsi” adlanan ərazidə keçirilən iməcilikdə rayon icra hakimiyyətinin və İƏD üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
Əvvəlcə ərazidə təmizlik işləri aparılıb, ağacların dibləri və köhnəlmiş qazon hissələr yenidən səpilməsi üçün bellənib, səliqə-səhman yaradılıb.
İməciliyin keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliq və yaşatmaqdan ibarətdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər