BolgeXeber.Com » Siyasət » Qırıcılar xüsusi təyinatlıların qərargahını vurdu

Qırıcılar xüsusi təyinatlıların qərargahını vurdu

15-04-2023, 17:38
Oxunub: 3 176
Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında toqquşma baş verib.

Bolgə.TV xəbər verir ki, Xartumda xüsusi təyinatlıların qərargahı Sudan ordusunun əsgərləri tərəfindən qəfil hücuma məruz qalıb.

Ordunun hər növ ağır və yüngül silahlarla hücuma keçdiyi vurğulanır.

Telekanalların məlumatına görə, xüsusi təyinatlıların qərargahı yaxınlığında partlayış və atışma səsləri eşidilir.

Paytaxtla Omdurman şəhəri arasındakı körpü bağlanıb, avtomobillərin hərəkəti dayandırılıb. Bundan başqa Sudanın beynəlxalq hava limanında uçuşlar ləğv edilib.

Sudan çevik qüvvələri Xartum və Merove hava limanlarını nəzarətə götürdüyünü və ölkənin nizami ordusuna “ağır itkilər” verdiyini açıqlayıb.


Sudanın paytaxtı Xartumda Çevik Dəstək Qüvvələri (ÇDQ) ilə ordu arasında baş verən qarşıdurmalar şiddətlənib.

Məlumata görə, Sudan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr ÇDQ-nin paytaxt Xartumdakı əsas qərargahını bombalayıb.

Ümumiyyətlə ölkə ərazisində bu ana qədər "qiyamçı" ÇDQ-yə məxsus 80 hərbi texnika da məhv edilib.

Qeyd edək ki, Sudan federal hökumətinin təhlükəsizlik xidməti də öz növbəsində ÇDQ-ni “qiyamçı” adlandırıb.