Müxalifətçi müşahidəçini döydülər
9-10-2013, 14:25
Oxunub: 5 009
Seçkiləri müşahidə edən Füzuli Qəhrəmanlı döyülüb. Bu barədə mediaya o özü məlumat verib:
«Mən Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi məntəqədə mütəmadi qanun pozuntularını müşahidə edirdim. Komissiya sədri və katibi ilə bununla bağlı mübahisəm oldu. Məni təhqir elədilər. Qapıdan çıxanda isə arxadan burnuma zərbə endirildi. Çevrilmək istəyəndə ikinci zərbə vuruldu. Bundan sonra nə baş verdiyini xatırlamıram, qan içindəydim, gözüm tutulmuşdu».
Füzuli Qəhrəmanlı deyir ki, polis şöbəsində ondan ilkin izahat alınıb:«İndi isə xəstəxanada həkim müayinəsindəyəm. Həkim deyir əməliyyat olunmalıyam».
81 saylı Beyləqan Seçki Dairəsinin sədri Azər Əliyev AzadlıqRadiosuna deyib ki, hadisə məntəqədə yox, kənarda baş verib: «Çöldə dalaşıblar, məntəqənin yerləşdiyi ərazidə, adını qoyublar ki, hadisə məntəqədə olub. Məntəqədə belə hadisə baş verməyib». /azadliq.org/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər