İlham Əliyev MDB müşahidə missiyasının rəhbərini qəbul etdi
10-10-2013, 16:25
Oxunub: 4 789
Prezident İlham Əliyev MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sergey Lebedev rəhbərlik etdiyi müşahidə missiyasının adından dövlət başçısını prezident seçkilərində böyük səs çoxluğu ilə əldə etdiyi inamlı qələbə münasibətilə ürəkdən təbrik edib. Seçki günü yerli müşahidəçilər və seçicilərlə səsvermənin gedişi ilə bağlı yaxından maraqlandıqlarını vurğulayan Sergey Lebedev onların birmənalı olaraq sabitliyə və inkişafa səs verəcəkləri ilə bağlı fikirlərinin şahidi olduqlarını deyib.
Səsvermənin nəticələrinə toxunan qonaq bildirib ki, nəticələr Azərbaycan xalqının öz liderinə arxalandığını və görülən işlərin perspektivlərinə inandığını göstərdi. Sergey Lebedev prezident İlham Əliyevin həyata keçirdiyi kursun Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən MDB-də nüfuzunun daha da möhkəmləndirilməsi və eyni zamanda, Birlik ölkələri ilə səmimi qonşuluq, iqtisadi, humanitar əməkdaşlıq əlaqələrinin genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Dövlət başçısı ölkəmizdə keçirilən prezident seçkilərində müşahidəçi kimi iştirak etdiklərinə görə MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevə və missiyanın üzvlərinə təşəkkürünü bildirib. Prezident İlham Əliyev seçkilərin şəffaf keçirilməsi üçün maksimum şəraitin yaradılması istiqamətində lazımi işlərin görüldüyünü və seçki prosesinin demokratik şəraitdə keçdiyini deyib. Dövlət başçısı Azərbaycan xalqının ölkədə həyata keçirilən siyasətin nəticələrinə səs verdiklərini vurğulayıb və ölkəmizin inkişafı ilə bağlı uğurlu nəticələrə əsaslanan bu siyasətin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər