BolgeXeber.Com » Siyasət » Aİ üçtərəfli görüş barədə məlumat yaydı - TƏFƏRRÜAT

Aİ üçtərəfli görüş barədə məlumat yaydı - TƏFƏRRÜAT

13-05-2023, 12:00
Oxunub: 1 392
Avropa İttifaqı Şurası mayın 14-da keçirilməsi planlaşdırılan üçtərəfli görüş barədə məlumat yayıb.

Bolgə.TV xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mayın 13-ü axşam saatlarında Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcəyi bildirilir.

Mayın 14-ü səhər saatlarında isə Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Elə həmin gün günorta saatlarında üçtərəfli görüş başlayacaq.