BolgeXeber.Com » Siyasət » Bütün nazirlər istefaya göndəriləcək?

Bütün nazirlər istefaya göndəriləcək?

14-10-2013, 10:40
Oxunub: 4 028 İlham Əliyev yeni Nazirlər Kabineti formalaşdıracaq
Azərbaycan Konstitusiyanın 102-ci maddəsinə görə, prezident seçkisinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Konstitusiya Məhkəməsi rəsmən elan edir. Prezident seçilmiş şəxs seçkinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsində rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.
Bu gün seçkidən 5 gün keçir. Deməli uzağı yaxın 8-9 gün ərzində Konstitusiya Məhkəməsi seçkinin nəticələrini elan və təsdiq edəcək. Bundan sonra isə ən uzağı üç gün müddətində yeni prezident and içəcək. Beləliklə, gözlənilir ki, İlham Əliyevin inauqurasiya mərasimi təxminən oktyabrın 26-dək keçiriləcək.
Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə əsasən, yeni prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün-yəni prezidentin andiçməsindən dərhal sonra Nazirlər Kabineti istefa verməlidir. Sonra ölkə başçısı yeni Nazirlər Kabinetini formalaşdırmalıdır. Köhnə tərkib yeni hökumətdə saxlanıla da bilər, onları yeniləri də əvəz edə bilər. Bu, prezidentin verəcəyi qərarlardan asılı məsələdir.
Qeyd edək ki, seçki öncəsi həm prezident İlham Əliyevin, həm YAP icra katibinin müavini Əli Əhmədovun verdiyi bəyanatlarda seçkidən sonra bir sıra məmurların yeniləri ilə əvəzlənəcəyi dolayısı ilə anons edilmişdi. Seçkidən öncə verilən mesajların gerçəkləşmə zamanı çatıb.
Hansı məmurun prezidentin “qara siyahı”sına düşdüyünü dəqiq demək çətin olsa da, bir sıra dəyişikliyin olacağı barədə ciddi məlumatlar yayılmaqdadır.
İstefaya göndəriləcək məmurlardan kimlərin yeni Nazirlər Kabinetində yer alacağı yaxın vaxtlarda bəlli olacaq.