Rusiya Prezidenti Nərgiz Paşayevanı “Dostluq” ordeni ilə təltif edib
20-06-2011, 23:05
Oxunub: 7 508
Rusiya Prezidenti Dmitri Medvedev bazar ertəsi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanı “Dostluq” ordeni ilə təltif edib.
“Dostluq” ordeni ilə, həmçinin, Rusiyadakı Amerika Ticarət Palatasının prezidenti və baş icraçı direktoru Endryu Somers (ABŞ), “Qazprom”un Direktorlar Şurasının üzvü Burkhard Berqman (Almaniya), “Knyaz Dimitri Romanov Xeyriyyə Fondu”nun sədri Dimitri Romanov (Danimarka), Vyetnam Milli Yığıncağının Mədəniyyət, təhsil və gənclərlə iş komissiyasının sədri Çonq Thi Dao, eləcə də “Capen Tabakko İnterneşnl” şirkətinin prezidenti və baş icraçı direktoru Pyer de Labuşer (Fransa) də təltif edilib.
MDB ölkələri ilə Monqolustan Dostluq Cəmiyyətləri İttifaqının prezidenti Juqderdemidiyn Qurraqça “Şərəf” ordeni ilə təltif edilib.
Daha üç laureat - balerina Sonya Ester Amelio Amador (Meksika), “Qolos Rossii” radiosunun müxbiri İqor Qoykoviç (Serbiya) və Livan Dövlət Universitetinin fəlsəfə kafedrasının professoru Süheyl Naim Fərəh “Puşkin” medalı ilə təltif olunublar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər