Deyirdi, qayıtmayacaq, indi də deyir, qarışıqlıq salmağa qayıdır
19-10-2013, 11:10
Oxunub: 5 293
“Cəmil Həsənlinin Azərbaycana qayıtmaqda məqsədi qarışıqlıq salmaqdır”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib: “Cəmil Həsənli istəyir ki, şou düzəltsin və ona xaricdə sığınacaq versinlər. Bu gün o, Konstitusiya Məhkəməsi ilə çayxananı səhv salmışdı. Onların bir fərli hüquqşünasları yoxdur başa salsın ki, bu məsələlər belə olmur. Namizədlik dövründə ikili vətəndaşlığı olan şəxsin namizədliyini irəli sürmüşdülər. Yəni onların nə hüquqi , nə elmi cəhətdən heç bir əsasları yoxdur. Bu baxımdan da Cəmil Həsənli yaxın zamanda qarışıqlıq yaratmaq istəyir ki, ona qarşı hər hansı təzyiq olsun və “Green card” vasitəsi ilə Amerikaya getsin. O Londona gedəndən onun kartı hazırdır. Londondan qayıdandan sonra tamam dəyişib. Siz də yaxın zamanda bunun şahidi olacaqsınız” .
S. Novruzov Milli Şuranın mitinq üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmədiyini də bildirib: “Azərbaycanda mitinq keçirmək üçün yerlər var. Hər bir ictimai təşkilat etiraz mitinqi keçirə bilər. Sərbəst toplaşmaq haqqında qanuna əsasən, bunun üçün əvvəlcədən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmək lazımdır. Lakin bunlar müraciət etmədən Fəvvarələr Meydanında aksiya keçirmək istəyirlər. Aydındır ki, kiçik bir stadionun 40 faizini doldura bilmədikləri üçün müəllimləri öyrədiblər ki, camaatı gətirin Fəvvarələr Meydanına və qarışıqlıq yaransın”.
Qeyd edək ki, Cəmil Həsənli Avropaya yola düşərkən Siyavuş Novruzov situasiyanı analiz edərək bildirmişdi ki, o, Avropadan siyasi sığınacaq istəyəcək və ölkəyə qayıtmayacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər