BolgeXeber.Com » Siyasət » Prezident Mirsaleh Seyidova yeni vəzifə verdi

Prezident Mirsaleh Seyidova yeni vəzifə verdi

10-07-2023, 11:56
Oxunub: 2 752
Prezident İlham Əliyev M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bolgə.TV sərəncamın mətnini təqdim edir:

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilsin.