BolgeXeber.Com » Siyasət » İlham Əliyev Şahin Mustafayevə yeni vəzifə verdi

İlham Əliyev Şahin Mustafayevə yeni vəzifə verdi

18-07-2023, 18:17
Oxunub: 2 920
Prezident İlham Əliyev Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının tərkibində dəyişiklik edib.

Bolgə.TV xəbər verir ki, dəyişikliklə Komissiyanın sədri Baş nazirin müavini Şahin Mustafayev olub.

Habelə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Komissiyaya daxil edilib.