KXCP-nin qurultayi keçirilir
24-06-2011, 15:05
Oxunub: 2 268
Bu gün səhər saat 11-də Klassik Xalq Cəbhəsi Partiyasının II qurultayı öz işinə başlayıb.
Qurultay başlamazdan öncə, səhər saat 9-da KXCP üzvləri eks-prezident Əbülfəz Elçibəyim məzarını ziyarət ediblər. Fəxri xiyabanda böyük izdiham yaşanıb.
Sonra qurultay nümayəndələrinin qeydiyyatı başlanıb.Hüseynqulu Sarabski adına Mədəniyyət Evində keçirilən qurultaya ölkənin müxtəlif siyasi qurumlarının nümayəndələri qatılıblar. Qurultay öz işinə cəbhəçilərin “El-çi-bəy” şüarı ilə başlayıb. KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edərək partiya üzvlərini, qurultay nümayəndələrini ali toplantı münasibəti ilə təbrik edib. O bildirib ki, artıq neçə ildir Elçibəyin doğum günü Türklük Günü kimi qeyd olunur və bu gün KXCP-nin bir qrup nümayəndəsi Ordubadın Kələki kəndindədir.
M. Mirəlioğlu KXCP-nin qurultaya hazırlıq dövrü, qarşılaşdığı maneələr barədə də qısa məlumat verib. Sonra qurultayda iştirak edən qonaqlar təbrik çıxışları ediblər. AXP lideri Pənah Hüseyn bildirib ki, bəzi hallarda ayrı-ayrı şəxslər Azərbaycan üçün ideologiya axtarışına çıxırlar: “Amma bizim yeni bir ideologiyaya ehtiyacımız yoxdur. Rəsulzadə-Elçibəy yolu bizim milli ideologiyamızdır”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli isə Azərbaycanın problemlərinə toxunub və bildirib ki, bu problemləri heç bir partiya ayrılıqda həll edə bilməz. O, bütün partiyaların bir araya gəlməsinin zəruri olduğunu qeyd edib.
Qurultayda qonaq qismində Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslər, AMİP, QAT, DAK, Aydınlar Partiyası və digər siyasi qurumların təmsilçiləri iştirak ediblər. Qurultayı ATƏT-in Bakı ofisinin təmsilçisi də izləyib.
KXCP-nin təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu məlumat verib ki, partiyanın 60 rayon təşkilatından 323 qurultay nümayəndəsi seçilib və 311-i toplantıda iştirak edir.
Qeyd edək ki, qurultay günün sonuna kimi davam edəcək və KXCP-nin rəhbərliyinə seçkilər keçiriləcək.
Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial