BolgeXeber.Com » Siyasət » Qaribaşvili Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı

Qaribaşvili Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı

9-10-2023, 12:20
Oxunub: 2 840
Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı Gürcüstanın regionda davamlı sülh və sabitliyə verdiyi dəstəyi bir daha vurğuladıq.

Bolgə.TV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili X hesabında yazıb.

O bildirib ki, Tiflis və Bakı əlaqələri gücləndirməyə və iqtisadi artımı dəstəkləməyə diqqət yetirir:

“Biz ticarət, enerji, davamlılıq və infrastrukturun inkişafı sahəsində xalqlarımıza fayda vermək üçün birgə imkanları araşdırırıq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktybarın 8-də Gürcüstanda işgüzar səfərdə olub.