Rusiya Azərbaycanla "sadələşdirilmiş gömrük dəhlizi" yaradır
25-10-2023, 18:09
Oxunub: 3 912
Rusiya hökuməti Azərbaycanla "sadələşdirilmiş gömrük dəhlizi" yaratmağı və gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması üzrə layihələrin həyata keçirilməsini planlaşdırır.
Bolgə.TV xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov bildirib.
Onun sözlərinə görə, Rusiya ticarət sənayesi artıq Şərq və Cənub ölkələri ilə əlaqələrə yönləndirilib.
R. Davıdov vurğulayıb ki, "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq dəhlizləri sayəsində yük dövriyyəsini 35 % artırmaq mümkün olub: "Rusiya dost dövlətlərlə sadələşdirilmiş sxem üzrə logistik marşrutlar həyata keçirməyi planlaşdırır. Azərbaycanla "sadələşdirilmiş gömrük dəhlizi" ilə yanaşı, İran, Suriya, Türkiyə və Çinlə də nəqliyyat marşrutları inkişaf etdiriləcək".
O qeyd edib ki, ölkələr arasında yüklərin sadələşdirilmiş daşınması layihəsi inzibati aparatın yükünü azaldacaq və daşıma prosesinin özünü asanlaşdıracaq: "Bundan başqa, Rusiya Azərbaycan, Çin və Monqolustan ilə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması üzrə layihələr həyata keçirir. Onların praktiki təsirinin artmasına nail olmaq, iştirakçılar dairəsini genişləndirmək, ticarət dövriyyəsinin həcmini artırmaq, malların tədarükü zəncirlərinin şəffaflığını və təhlükəsizliyini artırmaq vacibdir".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər