BolgeXeber.Com » Siyasət » Norveç: İsrail müharibə qaydalarını pozur!

Norveç: İsrail müharibə qaydalarını pozur!

1-11-2023, 12:23
Oxunub: 1 032

İsrail Qəzzada müasir müharibə qaydaları pozur.

Bölgə TV xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Störe deyib.

“Hesab edirəm ki, bu (İsrailin HƏMAS hücumuna cavabı - red.) proporsionallıqdan kənara çıxır. Mülki əhali üçün humanitar nəticələr fəlakətlidir, itkilərin sayı, dağıntıların miqyası və xüsusilə uşaqların üzərinə düşən böyük yük humanitar norma və standartların tələblərinin pozulmasıdır”, - o bildirib.