BolgeXeber.Com » Siyasət » Tokayev Əliyevi və Azərbaycan xalqını təbrik etdi

Tokayev Əliyevi və Azərbaycan xalqını təbrik etdi

3-11-2023, 10:50
Oxunub: 1 384

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Bolgə.TV xəbər verir ki, bu barədə Qazaxıstanın dövlət başçısı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında bildirib.

Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra etdi.