BolgeXeber.Com » Siyasət » Türkiyə XİN Azərbaycanı təbrik etdi

Türkiyə XİN Azərbaycanı təbrik etdi

17-11-2023, 11:35
Oxunub: 2 680

"35 il əvvəl müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını da azad etdi".

Bolgə.TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin 17 noyabr- Milli Dirçəliş Günü ilə bağlı "X" hesabında yazılıb.

"O gün Bakıda ucaldılan bayraq bu gün bütün Azərbaycan səmasında dalğalanır. Can Azərbaycanın Milli Dirçəliş Gününü təbrik edirik", - paylaşımda bildirilib.