Azərbaycan və İraq arasında sənədlər imzalandı
20-11-2023, 14:30
Oxunub: 592
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Bolgə.TV xəbər verir ki, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İraq Respublikasının əmək və sosial işlər naziri Əhməd Cassim Sabir Əl-Əsədi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İraq Respublikasının Turizm Xidmətinin rəisi Zafer Mahdi “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İraq Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulum “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İraq Respublikasının Mülki Aviasiya Baş İdarəsinin rəisi İmad Əl-Əsədi “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i imzaladılar.
Çox Oxunanlar
- 4-11-2023, 18:40 : Azərbaycan XİN Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 18-11-2023, 18:27 : Məşhur rus killeri azadlığa buraxıldı
Dünya / Xəbərlər
- 11-11-2023, 18:52 : Zəngin cütlüklə bağlı yeni detallar üzə çıxdı
Şou-Biznes / Xəbərlər
- 25-11-2023, 17:54 : AFFA bu klubla bağlı məlumat yaydı
İdman / Xəbərlər
- 3-11-2023, 17:24 : Neymar əməliyyat olundu, həkimlər şad xəbər verdi
Gündəm / İdman
- 8-11-2023, 16:52 : Laçında bu evlər təbii qazla təmin olundu
Bölgə / Xəbərlər
- 17-11-2023, 18:42 : Azərbaycan və İran səfirləri nəyi müzakirə etdi?
Siyasət / Xəbərlər
- 10-11-2023, 09:54 : Sülhü Rusiya istəyir, məqsədi də budur - Danilov
Gündəm / Sosial
- 6-11-2023, 09:32 : MY onu göndərir, həmyerlisini gətirir
Gündəm / Dünya
- 10-11-2023, 10:22 : ABŞ rəsmisi Azərbaycanla bağlı bu suala cavab tapmadı
Gündəm / Siyasət