Azərbaycanda alternativ parlament yaradılır
1-07-2011, 17:20
Oxunub: 2 109

Qurumun 125 üzvü olacaq və Avropa Parlamentində qeydiyyatdan keçirilməsi nəzərdə tutulur
Bir sıra müxalifət partiyaları Azərbaycanda rəsmi parlamentə alternativ parlament yaratmaq üçün fəaliyyətə başlayıblar. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bolgexeber.com-a bildirib ki, artıq nəzərdə tutulan qurumun 60-dan çox üzvü var: “Bununla bağlı artıq son işlər görülür. Xalq parlamentinin 5 nəfərdən ibarət təşəbbüs qrupu yaradılacaq. Bu parlamentdə 125 üzvün iştirakı nəzərdə tutulur. 50+1 prisipini əsas götürərək indidən biz fəaliyyətə başlaya bilərik. Sonrakı mərhələdə üzvlərin sayı 125-ə qədər artırılacaq”.
S. Cəlaloğlu deyib ki, nəzərdə tutulan qurum simvolik parlament funksiyasını həyata keçirəcək. Burada qurumun toplantıları keçiriləcək, parlament təcrübəsi öyrəniləcək. Quruma Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan şəxslər və son parlament seçkilərində namizəd olmuş insanlar üzv qəbul olunacaq: “Biz bu qurumun rəsmi fəaliyyətinə də çalışacağıq və ictimai qurum kimi Avropa Parlamentində qeydiyyatdan keçirilməsinə cəhd edəcəyik. Bu demokratiyanın inkişaf etdirilməsində mühüm addımlardan biri olacaq”.
Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial