BolgeXeber.Com » Siyasət » İlham Əliyev Dini-Mədəniyyət Mərkəzinin açılış mərasimdə iştirak edib

İlham Əliyev Dini-Mədəniyyət Mərkəzinin açılış mərasimdə iştirak edib

15-11-2013, 18:25
Oxunub: 3 988 Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı olub. Məlumata görə, ölkə başçısı İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısına duz-çörək təqdim edilib.

Əvvəlcə Prezident İlham Əliyev Jen-Mironosits kilsəsində olub. Burada Azərbaycan Prezidentinə dua edilərək uzun ömür arzulanıb.
Sonra Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı olub.
Prezident İlham Əliyev Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub.

Daha sonra çay süfrəsi arxasında görüş olub.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr İşein, Vereyski arxiyepiskopu, Müqəddəs Sinod yanında Tədris Komitəsinin sədri, Moskva Pravoslav Ruhani Akademiyasının və Seminariyasının rektoru Yevqeni, Berlin və Alman arxiyepiskopu Feofan, Moskva Patriarxlığının Sinodal bölməsinin kilsə və cəmiyyətin münasibətləri üzrə şöbə rəhbəri Vsevolod Çaplin, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Qırmızı qəsəbə dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev, Alban-udin dini icmasının sədri Robert Mobili, Bakıdakı katolik kilsəsinin ordinarisi Vladimir Fekete, Azərbaycanın rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Sinodal bölməsinin kilsə və cəmiyyətin münasibətləri üzrə şöbəsi yanında dinlərin coğrafiyası mərkəzinin rəhbəri Roman Silantyev, Rusiyanın və Belarusun Azərbaycandakı səfirləri Vladimir Doroxin və Nikolay Pastkeviç, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak ediblər.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Sonra Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr İşein çıxış edib.

Vereyski arxiyepiskopu, Müqəddəs Sinod yanında Tədris Komitəsinin sədri, Moskva Pravoslav Ruhani Akademiyasının və Seminariyasının rektoru Yevqeni Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Prezident İlham Əliyevə məktubunu oxuyub.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Moskva Patriarxlığının Sinodal bölməsinin kilsə və cəmiyyətin münasibətləri üzrə şöbə rəhbəri Vsevolod Çaplin və Bakı dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxış edib.