Səsvermədən sonra Əliyevi kimlər təbrik etdi?
8-02-2024, 08:14
Oxunub: 3 136
Azərbaycanda 7 fevralda baş tutan növbədənkənar prezident seçkisində səsvermə başa çatandan və “ekzit-poll”un nəticələri elan olunandan dərhal sonra artıq dövlət başçıları tərəfindən Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməyə başladı.
İlk təbrik edənlər Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Belarus lideri Aleksandr Lukaşenko oldu.
Macarıstan Baş naziri Viktor Orban, həmçinin qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğan da Mərkəzi Seçki Komissiyasının ilkin rəsmi nəticələri açıqlanana qədər artıq İlham Əliyevə zəng etmişdilər. Ərdoğan eyni zamanda rəsmi məktubla da təbriklərini çatdırdı.
İraq lideri Əbdüllətif Camal Rəşid, Serbiya Prezidenti Aleksand Vuçiç, Şimali Kipr lideri Ərsin Tatar, İran Prezidenti İbrahim Rəisi, Pakistan Prezidenti Arif Alvi, Çin sədri Si Szinpin artıq gecə yarısına qədər Prezident İlham Əliyevi inamlı qələbəsinə görə təbrik etdilər.
Seçkidə İlham Əliyevin rəqibi olmuş namizədlər də yekun nəticəni gözləmədən təbriklərini yaydılar.
Qeyd edək ki, MSK-nın açıqladığı nəticələrinə görə, səslərin 93,3 faizinin sayılmasından sonra İlham Əliyev 92,05 faiz səslə liderdir
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər