BolgeXeber.Com » Siyasət » İlham Əliyev BMT ilə imzalanmış sazişi təsdiqlədi

İlham Əliyev BMT ilə imzalanmış sazişi təsdiqlədi

14-03-2024, 16:55
Oxunub: 792

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” təsdiq edilib.


Bolgə.TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, saziş 2023-cü il dekabrın 22-də Bakı şəhərində imzalanıb.