BolgeXeber.Com » Siyasət » Prezidentin Şuşada xüsusi nümayəndəsi təyin edildi

Prezidentin Şuşada xüsusi nümayəndəsi təyin edildi

1-04-2024, 14:33
Oxunub: 1 184
Aydın Zöhrab oğlu Kərimov Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Bolgə.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir:
1. Aydın Zöhrab oğlu Kərimov Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilsin.
2. “Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 yanvar tarixli 2460 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 76 (Cild I) ləğv edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.